Kateqoriyasız

“Zirə” belçikalı hücumçu transfer etdi

“Zirə” yeni futbolçu ilə anlaşıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı futbolçu Loris Brogno ilə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 28 yaşlı hücumçunun son klubu “Birşot”  olub. O, həmçinin, ölkəsinin “Şarlerua”, “Oud-Heverli Leueven”, “Lommel”, “Mons” və Niderlandın “Sparta” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43