Kateqoriyasız

“Zirə” Emil Balayevə görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda Premyer Liqanın 20-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olundu:

 

“Keşlə” – “Qarabağ” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnir;

 

“Səbail” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnir;

 

“Zirə” klubunun qapıçısı Emil Balayevin geyim formasındakı qüsura görə oyun gec başladığı üçün “Zirə” klubu 800 manat cərimələnir;

Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə “Səbail” klubu 800 manat cərimələnir;

“Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43