27 Fevral 2025
Ölkə futbolu

“Zirə” futbolçusuna qiymət qoydu – milyondan çox 

“Zirə” futbolçusu Salifu Sumanın qiymətini bəlirləyib.

İdmanxeber.az-ın məlumatına görə, Bolqarıstanın ÇSKA klubu oyunçunu heyətinə qatmaq niyyətndədi. Artıq qarşı tərəfin oyunçunun agenti ilə əlaqə saxladığı da bildirilir.

Xarici mətbuatda çıxan iddialara görə, Fransanın “Qrenobl” klubu da Sumanın xidmətində maraqlı olub. Onlar “qartallar”a 400 min avro təklif etsə də, Azərbaycan klubu Suma üçün 800 min avro (1 milyon 423 min 560 manat) və növbəti satışdan 30 faizlik pay istəyib.

Salifu bu mövsüm 28 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43