19 Oktyabr 2024
Ölkə futbolu

“Zirə” heyətini gücləndirdi

“Zirə” Sezar Meza Kollini heyətinə qatıb.

İdmanxeber.az-ın məlumatına görə, paraqvaylı futbolçu ilə müqavilə cari mövsümün sonuna qədər olan müddəti əhatə edir. Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur. 

Qeyd edək ki, 2016/17 mövsümündə “Zirə”nin şərəfini qorumuş futbolçu ölkəmizdə “Şamaxı” və “Neftçi”nin, İtaliyanın “Çezena”, “Pavia”, İspaniyanın “Alaves”, Rumıniyanın “Unversitad Krayova, Səudiyyə Ərəbistanının “Ohod” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43