08 Noyabr 2024
Dünya futbolu

“Zirə” ilə matçda şirlər kimi mübarizə aparıb, növbəti mərhələyə adlayacağıq”

“Osiyek”in oyunçusu Anton Matkoviç Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Zirə” ilə ilk oyundakı (1:1) heç-heçəni şərh edib.

İdmanxeber.az xəbər verir ki, klubun rəsmi saytına danışan 18 yaşlı futbolçu Xorvatiyadakı heç-heçənin ədalətsizlik olduğunu bildirib:

“Bu, biabırçılıq və uğursuzluqdur. Hətta deyərdim ki, idman ədalətsizliyidir. Biz 95 dəqiqə ərzində bir saniyə belə, mübarizəmizi dayandırmadıq. Son dəqiqədə qol buraxdıq. Təbii ki, indi “biz daha ağıllı, daha hiyləgər olub vaxta görə oynaya bilərdik” demək asandır. Amma belə alındı. Bakıdakı matçda şirlər kimi mübarizə aparıb, növbəti mərhələyə adlayaraq, onları hər cəhətdən üstələyəcəyik. Fasilə zamanı paltardəyişmə otağında oyunu eyni məcrada davam etdirmək haqda danışdıq. Lakin sonradan daha çox yer buraxmaqla yanaşı, “Zirə”nin daha qətiyyətli hücuma keçib-keçməyəcəyini görmək üçün topu bir az saxlamağa qərar verdik. Qələbə qazana bilməmək təəssüf doğurur”.

Cavab matçı avqustun 15-də “Dalğa Arena”da keçiriləcək və oyuna saat 20:30-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43