08 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” ilə oyun motivasiyada qalmaq üçün önəmli oyundur“ – Samir Abasov

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Neftçi” – “Sumqayıt” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az məlumat verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Məğlub olan tərəf olsaq da, futbolçularımın göstərdiyi oyundan zövq aldım, çox yaxşı oynadıq. Heyətdə itkilərimiz var idi, sistemimizi dəyişdik. Meydana çıxanlar qələbə istəyini göstərdilər, hər şeyi düz etməyə çalışdılar. Komandam xoşuma gəldi, rəqibi təbrik edir, onlara uğurlar arzu edirəm.

– Eyni rəqiblə ardıcıl oyunlara çıxmaq çətinlik yaratmır?
– Motivasiyamız yerində idi, zərrə qədər yorulmadıq. Komandaların oyun üslubları eyni idi, baş məşqçi olaraq çox çətinlik çəkmədik. Uşaqların bu 3 oyunu eyni tonusda saxlaması xoş oldu. Bu gün bu cür oyun göstərdi ki, futbolçularım qələbə qazanmaq istəyirdi. Futbolçularımın oyunu zövqverici idi.

– İndi bütün diqqətiniz çempionatda olacaq. Bu, yüngüllük gətirəcək?
– Açığı, hə. Götürsək, normal şəraitdə iki günümüzü bərpaya versək, məşq üçün bir günümüz qalırdı. Hər şey bu oyunla bitəcək deyə bir şey yoxdur. “Zirə” ilə oyun motivasiyada qalmaq üçün önəmli oyundur. Düşünürəm ki, tək cəbhədə vuruşmağımız daha yüngüllük olacaq.

– Turu keçə bilməməyinizi nəyə bağlayırsınız? Yəni, hakimlikdən razı qaldız?
– Səmimi olmağa çalışıram, turu keçə bilməməyimiz rəqibin gücünə görə olmadı. Yəni, ilk oyundakı səhvlərimiz belə sonluğa çatdırdı. Rəqibə söz demirəm, onları təbrik etdim. Bu gün imkanlarımız da var idi, lakin alınmadı. Başabaş oynadıq, bəzən üstün futbol sərgilədik. Bir yol tutmuşuq, qələbə də olacaq, məğlubiyyətdə. “Sumqayıt” kimi komandanı bir relsdə saxlamaq üçün vaxt lazımdır.

– Bəzi epizodlarda hakim sizin əks-hücumlarınızın qarşısını aldı…
– Yanımda duran 4-cü hakimə təşəkkür edirəm. Bu gün məni anladı. Mən edən etirazlara razı idi. Etiraz etdiyim məqamlar var idi, 4-cü hakim haqlı olduğumu söyləyirdi, amma onların da öz kriteriyaları var.

– “Transfer pəncərəsi”ni bağladız?
– Bu gün azad agent olan oyunçular hansı səviyyədədir? Təklif olunan o qədər oyunçular olur ki, çempionatları noyabrda bitib. Hər gün axtarışdayıq, yenə oyunçu təklif edilib, baxacağıq. Kasad heyətlə problemlər yaşaya bilərik. İlin əvvəlində bunlar gözə görünmürdüsə, bundan sonra bilinəcək. Artıq hər kəs oyunlara dişi ilə yapışır, çətin çempionat keçir. Transfer olmasa da, təslim olmamalıyıq.

– Bundan əvvəl demişdiz ki, iki cəbhədə mübarizə aparmaq çətindir, seçim etməli olacağıq. Bu, oyunlarınıza təsir etdi?
– Xeyr, bütün oyunlara eyni motivasiya ilə çıxmışıq. Sadəcə reallıq odur ki, mən olsam, seçim edərəm, amma söz sahibi olan deyiləm. Hər uduzulan oyuna görə şəhər qarşısında cavabdehəm. Nə desəm də, oyunda eyni ssenari olacaqdı.

– “Neftçi”yə çempionatda qalib gəldiyiniz oyundan əvvəl futbolçular sizə qələbə sözü vermişdi. Bu matçdan əvvəl də nəsə dedilər?
– Xeyr, həmin oyunun hekayəsi başqa idi. Həqiqətən, həmin oyunu futbolçular qazandı. Həmişə belə olmalı deyil, bəzən məşqçi də önə çıxmalıdır. Əfsuslar olsun ki, bu gün önə çıxa bilmədim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43