Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun “Zirə” – “Kəpəz” matçının başlama saatı dəyişdirilib.
İdmanxeber.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.