25 Fevral 2025
Ölkə futbolu

“Zirə” “Kəpəz”i məğlub etdi – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, günün digər oyununda 3-cü yerdəki “Zirə” 9-cu pillədəki “Kəpəz”i qəbul edib. Görüş 2:0 hesabı ilə “qartallar”ın qələbəsilə başa çatıb.

Bu komandalar arasında 1-ci dövrənin oyunu “Zirə”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 2-ci dövrənin matçında isə paytaxt təmsilçisi 4:0 hesab ilə qalib gəlib.

24 fevral (bazar ertəsi)

17:00. “Zirə”– “Kəpəz” 2:0 

Qol: Rafael Utziq (46), Rüstəm Əhmədzadə (90+2)

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43