“Zirə” Stefan Aka ilə müqavilə müddətini uzadıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçuyla 1+1 illik yeni müqavilə bağlanılıb.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan müdafiəçi 2023-cü ildən “Zirə”nin formasını geyinir.