24 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” – “Omoniya” matçı bu kanallarda

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində təmsilçimiz “Zirə” doğma azarkeşlər önündə Kiprin “Omoniya” klubunu qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, saat 20:00-da başlayacaq qarşilaşmanı ölkəmizdə CBC Sport kanalı canlı yayımlayacaq. Qarşılaşmanı həmçinin Kiprin Cytavision Sports 1 kanalı da mavi ekranlara daşıyacaq.

Qeyd edək ki, tərəflər arasında Kiprdə baş tutmuş ilk matçda “Omoniya” böyük hesabla qalib gəlmişdi – 6:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43