UEFA Konfrans Liqasının pley-off mərhələsi cavab oyunu çərçivəsində keçiriləcək “Zirə” – “Omoniya” görüşünə hakim təyinatları açıqlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma latviyalı referi Vitaliys Spasyonnikovsə tapşırılıb.
Xatırladaq ki, “Zirə”nin Kipr klubuyla cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da baş tutacaq. İlk oyun isə avqustun 22-də təşkil olunacaq.