24 Oktyabr 2024
Ölkə futbolu

“Zirə” – “Osiyek” matçında ən yüksək qiyməti bu futbolçu aldı

“Zirə” Xorvatiyanın “Osiyek” klubunu keçərək, UEFA Konfrans Liqası pley-off mərhələsinə vəsiqə qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, Bakıda keçirilən cavab matçında da ilk oyun (1:1) kimi qalib müəyyənləşməyib. 120 dəqiqəsi 2:2 hesabı ilə bitən matçda təmsilçimiz penaltilər seriyasında rəqibini üstələyib.

Görüşün ardından mütəxəssislər futbolçuların performansına qiymət verib. Nüfuzlu “flashscore” nəşri komandanın ən yaxşı oyunçusu David Volkovu seçib. 

Gürcüstanlı futbolçunun çıxışı 7,4 balla qiymətləndirilib. Bu göstəriciylə Volkov oyunda ən yüksək qiymət alan futbolçu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43