Premyer Liqa

“Zirə” “Qəbələ” ilə heç-heçə etdi, “Keşlə” qələbə qazandı – Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasınd VII turun oyunları keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.

Tura Bayılda start veriləcək. “ASCO Arena”da “Səbail” “Keşlə”ni qəbul edəcək. “Zirə” isə “Qəbələ”nin qonağı olacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

16 oktyabr

15:00. “Səbail” – “Keşlə” 1:2
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov.
Bakı. “ASCO Arena”

17:00. “Qəbələ” – “Zirə” 1:1
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
Qəbələ şəhər stadionu

17 oktyabr (bazar)

16:30. “Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”

18:45. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43