Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib. Əvvəlcə “Zirə” “Səbail”i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Tuea “Bakcell Arena”da yekun vurulub. “Neftçi” doğma meydanda “Sabah”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
16 aprel (şənbə)
20:30. “Neftçi” – “Sabah” – 1:0
Qol: Bəxtiyar Həsənalızadə, 5-avtoqol
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Müslüm Əliyev, Tural Qurbanov
“Bakcell Arena”
18:15. “Zirə” – “Səbail” – 2:1
Qollar: Hamidu Keyta, 32 (1:0), 34-pen (2:0), Raysel, 90+4-pen (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu
15 aprel (cümə)
“Qarabağ” – “Şamaxı” – 8:0
“Qəbələ” – “Sumqayıt” – 1:1