Ölkə futbolu

“Zirə”dən qələbə, “Neftçi” uduzdu

Azərbaycan Premyer Liqasında11-ci turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq. Günün ilk oyunu Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Burada “Zirə” “Səbail”i qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.

Günə “Neftçi” – “Sabah” matçı ilə yekun vurulacaq. “Bakcell Arena”da oynanılacaq qarşılaşma saat 18:15-də start götürəcək.

“Zirə” – “Səbail” 3:1

Qol: Qismət Alıyev, 23, Davit Volkov, 47, Loris Broqno, 74 – Rauf Əliyev, 87 (pen)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu, 16:00

“Neftçi” – “Sabah” – 1:2

Qol: Ramon Maçado, 33 – Mikels, 53, 69

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”, 18:15


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43