Premyer Liqa

“Zirə” – “Sabah” matçı Umudluya tapşırıldı – PL-də 16-cı turun hakimləri

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub:

19 fevral (şənbə)

15:00. “Qəbələ” – “Səbail”
Hakimlə
r: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

17:15. “Neftçi” – “Keşlə”
Hakimlər
: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
“Bakcell Arena”

20 fevral (bazar)

17:00. “Zirə” – “Sabah”
Hakimlər:
 Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun “Qarabağ” – “Sumqayıt” görüşü 12 may tarixinə təxirə salınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43