“Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov “Zirə”, (Avropa Liqası) “Sabah” və “Sumqayıt”ın (Konfrans Liqası) avrokuboklardakı şanslarını dəyərləndirib.
İdmanxeber.az saytına danışan təcrübəli mütəxəssis təmsilçilərimizdən ümidli olduğunu deyib. O, komandalarımızın çətin rəqiblərlə qarşılaşacağını da vurğulayıb:
“Zirə”yə Avropa Liqasında, “Sumqayıt”la “Sabah”a isə Konfrans Liqasında güclü rəqiblər düşüb. Üç komandamızın da işi çətindi. “Şerif”in və “Makkabi”nin böyük avrokubok təcrübəsi var. Uzun illərdi stabil belə turnirlərdə çıxış edirlər. “Fehervar” da bizə tanışdı. Daha öncə “Qəbələ” ilə görüşüb bu klub.
Amma ümidsiz deyiləm. Təmsilçilərimiz səfərdəki oyunlara diqqət etməlidi. Çox inamlı mübarizə aparmalıyıq. Evdə isə qələbəyə və ya nəticə gedə bilərik. Belə görüşlərdə müdafiədə maksimum diqqətli olmaq lazımdı. Açığı, mən üç komandamızın da ilk turu keçəcəyini düşünürəm”.
Xatırladaq ki, “Zirə” Avropa Liqasının I təsnifat turunda “Şerif”lə, “Sabah” Konfrans Liqasının II mərhələsində “Makkabi”ylə, “Sumqayıt” isə “Fehervar”la üz-üzə gələcək.