20 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” – “Şerif” matçına nə qədər bilet satılıb?

Avropa Liqası I təsnifat mərhələsi cavab qarşılaşması çərçivəsində keçiriləcək “Zirə” – “Şerif” matçına bilet satışları davam edir.

İdmanxeber.az-a verilən məlumata görə, sözügedən qarşılaşmaya artıq 3500 bilet satılıb. Hazırda da satışların davam etdiyi bildirilir. 

Qeyd edək ki,  matç iyulun 18-də “Dalğa Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk görüşdə təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

“Zirə” “Şerif”i üstələsə, 2-ci mərhələdə “Elfsborq” (İsveç)  – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. “Qartallar” mərhələ adlasa, 2-ci təsnifatda birinci oyunu Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43