Premyer Liqa

“Zirə” qalib gəldi, Bayılda “sülh” – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 24-cü tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, turun ilk görüşdə Tovuzda baş tutub.  Burada yerli “Turan Tovuz” öz meydanında “Zirə”yə məğlub olub – 0:2.

Günün digər matçında “Səbail” Bayılda “Qəbələ” ilə üz-üzə gəlib. Matçda qalib müəyyənləşməyib – 2:2.

Misli Premyer Liqası, XXIV tur

24 fevral (cümə)

14:00 “Turan Tovuz” – “Zirə” 0:2
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Namiq Bəkirov
VAR: Vüqar Həsənli
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev

19:00 “Səbail” – “Qəbələ” 2:2
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Tural Qurbanov
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43