06 Oktyabr 2024
Kateqoriyasız

“Zirə” “Turan Tovuz”a, “Qarabağ” “Sumqayıt”a qarşı – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında IX tura yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, sonuncu oyun günündə iki görüş baş tutacaq.

Tovuzda yerli “Turan Tovuz” “Zirə”ni qonaq edəcək.

Turnir cədvəlinin lideri “Qarabağ” isə “Sumqayıt”la səfərdə qarşılaşacaq.

Misli Premyer Liqası
IX tur

6 oktyabr

17:45 “Turan Tovuz” – “Zirə”
Baş hakim: Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu

20:00 “Sumqayıt  – Qarabağ
Baş hakim: Elçin Məsiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43