28 Oktyabr 2024
Dünya futbolu

“Zirə” və “Sabah”ın oyunları bu kanallarda

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsi çərçivəsində təmsilçilərimiz “Zirə” və “Sabah” cavab oyunlarına çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, “qartallar” Xorvatiyanın “Osiyek”, “bayquşlar” isə İrlandiyanın “Sent Patriks Atletik” klublarıni qonaq edəcək. Bakıda keçiriləcək hər iki qarşılaşma canlı yayımlanacaq.

Mərdəkanda keçiriləcək “Zirə” – “Osiyek” görüşünü 20:30-dan etibarən CBC Sport, Masazırda baş tutacaq “Sabah” – “Sent Patriks Atletik” matçını isə (saat 20:00) İctimai TV canlı yayımlayacaq.

Qeyd edək ki, “Zirə” səfərdə rəqibi ilə heç-heçə etmişdisə, “Sabah” İrlandiyada minimalhesabla məğlub olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43