Kateqoriyasız

“Zirə” niderlandlı hücumçu transfer etdi – Rəsmi

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Idmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Mohamed Hamdouini transfer edib. Niderlandlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 28 yaşlı futbolçunun son klubu ölkəsinin “De Qrafshap” klubu olub. O, həmçinin, “Vittes”, “Dordrext” və “Tvente”də də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43