“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.
Qəsəbə təmsilçisi Lazar Corceviçlə anlaşıb. 28 yaşlı serbiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Məlumatı klubun mətbuat xidməti yayıb.
Lazar Corceviç daha əvvəl ölkəsinin “Palilulaç”, “Voyvodina”, “Radinçki”, Şimali Makedoniyanın “Sileks”, Slovakiyanın “Koşitse”, “Jeleziarne Podbrezova” və Çexiyanın “Karvina” klublarnda çıxış edib.