Kateqoriyasız

“Zirə”də yeni müqavilə

“Zirə” qapıçısı Rəşad Əzizli ilə müqaviləni uzadıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı qolkiperlə yeni sözləşmənin müddəti 1 ildir.

Qeyd edək ki, Əzizli 2020-ci ilin yayından qəsəbə təmsilçisində çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43