Kateqoriyasız

“Zirə”dən növbəti transfer

“Zirə” yeni futbolçu ilə anlaşıb.

İdmanxeber.az klubun mətbuat ixdmətinə istinadən xəbər verir ki, Georgi Stoilovla müqavilə bağlanıb. Şimali makedoniyalı yarımmüdafiəçi ilə 2+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, 25 yaşlı futbolçunun son klubu “Akademiya Pandev” olub. O, daha əvvəl ölkəsində “Horizont Turnovo” klubunda da çıxış edib. Stoilov həmçinin, Şimali Makedoniya yığmasında da 2 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43