Kateqoriyasız

“Zirə”dən növbəti transfer – rəsmi

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Paytaxt təmsilçisi Brayan Alseusla 2 il yarımlıq müqavilə bağlayıb. Məlumatı klubun saytı yayıb.

25 yaşlı yarımmüdafiəçi daha əvvəl Fransanın “Bordo”, “Kozes”, “Bordelay”, “Entente”, “Şartr”, “Paris” və “Bastiya-Borqo” klublarında çıxış edib. Haiti millisinin də üzvü olan futbolçu son olaraq Rumıniyanın “Qaz Metan” klubunun formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43