Kateqoriyasız

“Zirə”nin aparıcı üzvü milliyə çağırıldı

“Zirə”nin futbolçusu Davit Volkov Gürcüstan millisinə dəvət alıb.

26 yaşlı hücumçu İsveçə qarşı DÇ-2022-nin seçmə mərhələ və Özbəkistanla yoldaşlıq oyunları üçün yığmaya çağırılıb. Volkov karyerasında ilk dəfə milliyə dəvət olunub.

Qeyd edək ki, bu mövsüm 8 qol vuran futbolçu Azərbaycan Premyer Liqasında bombardirdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43