25 Oktyabr 2024
Dünya futbolu

“Zirə”nin “Omoniya” ilə oyunlarının vaxtı bilindi

UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksələn “Zirə” Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında ilk oyun səfərdə keçiriləcək. Avqustun 22-də GSP stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Cavab matçı isə bir həftə sonra – avqustun 28-də “Liv Bona Dea Arena”da keçiriləcək. Bu qarşilaşmanın start fiti də saat 21:00-da veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43