26 Dekabr 2024
Ölkə futbolu

“Zirə”nin qapıçısı rekorda imza atdı

“Zirə”nin qapıçısı Tyaqo Silva Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün rekorduna imza atıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı qolkiper ilk yarının 18 matçının yarısında – 9-da qol buraxmayıb.

Ümumiyyətlə, ilk yarıda yalnız dörd qapıçı 5 və ya daha çox görüşdə qapısını toxunulmaz saxlayıb. Bütün oyunlarda iştirak edən Tyaqo Silva 50 faizlik göstəriciyə nail olub.

Mehdi Cənnətov ikinci pillədə qərarlaşıb. “Sumqayıt”ın qapıçısı 6 “quru” oyun keçirməyi bacarıb.

Digər iki qolkiperin hesabında 5 belə qarşılaşma var. “Turan Tovuz”un üzvü Aydın Bayramov və “Araz-Naxçıvan”ın legioneri Kristian Avram üçüncü sıranı bölüşürlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43