16 Sentyabr 2024
Ölkə futbolu

“Zirə”nin rəqibi nigeriyalı futbolçu aldı

“Zirə”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şerif” (Moldova) heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Moldova klubu yarımmüdafiəçi Gideon Uçe Qudladla anlaşıb.

19 yaşlı nigeriyalı ilə rəsmi müqavilə bağlanıb. Onun son klubu İsrailin “Makkabi” (Petah-Tıkva) komandası olub.

Xatırladaq ki, “Zirə”ylə “Şerif” arasındakı cavab matçı iyulun 18-də “Liv Bona Dea Arena”da keçiriləcək. İlk görüşdə təmsilçimiz 1:0 hesabı ilə qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43