Kateqoriyasız

“Zirə”nin şəhid futbolçusu medalla təltif olundu

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi” haqqında sərəncam imzalayıb.

“Zirə”nin şəhid futbolçusu İlqar Bürcəliyev “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, “Zirə”nin U-17 komandasının sabiq üzvü olan İlqar Bürcəliyev sentyabrın 27-də – Vətən müharibəsinin başladığı ilk gün şəhid olub. Onun qardaşı Tamerlan Bürcəliyev “Zirə”nin əsas komandasında çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43