Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günüdə iki oyun keçiriləcək.
Günün ilk qarşılaşmasında AZAL "Kəpəz"i qonaq edəcək. Digər matçda isə "Zirə" "Sumqayıt"la münasibətlərə aydınlıq gətirəcək.
Tura bazar ertəsi keçiriləcək "Qəbələ" – "İnter" matçı ilə yekun vurulacaq.
7 noyabr (şənbə)
16:30. AZAL – “Kəpəz” – 1:1
Qollar: Ebah 82, Novruzov 88.
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Namiq Hüseynov, Ramil Diniyev “AZAL Arena”
18:30. “Zirə” – “Sumqayıt” – 3:2
Qollar: Haciyev 17 (ö.q.), Ramazanov 45+1, Nağıyev 50, Qurbanov 75, Fərcad-Azad 81.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu