Ölkə futbolu

“Zirə” 4 qolla qalib gəldi

“Zirə” qış hazırlıq mərhələsində ilk yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Zirə İdman Kompleksində keçirilən oyunda rəqib komandanın əvəzedici heyəti olub.

“Qartallar” baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununa çıxıb.

Oyunun birinci hissəsi əsas komandanın 1-0 hesablı üstünlüyü ilə yekunlaşıb. Təmkin Xəlilzadənin ötürməsindən sonra Nurlan Novruzov fərqləndi. Fasilədən sonra baş məşqçi Ayxan Abbasov demək olar, bütün komandanı dəyişdi. Sona qədər əsas komanda daha üç qol vurdu. Qollardan ikisinə Milan Duriç, birinə isə Elgün Nəbiyev imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43