Ölkə futbolu

“Zirə” bu gün Antalyada ilk məşqinə çıxacaq

“Zirə” Topaz Premyer Liqasının ikinci hissəsinə hazırlığın ilk mərhələsini başa vurub.

İdmanxeber.com-un məlumatna görə, bu gün isə “qartallar” Türkiyənin Antalya şəhərinə yola düşüb. “The Sense Deluxe” otelində məskunlaşan komanda qardaş ölkədə məşqlərə elə bu gündən başlayacaq. Axşam məşqi ilə hazırlığın ikinci mərhələsinə start verəcək.

“Qartallar” Antalyada iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 18-də rəqib Qırğızıstanın “Dordoy” (Bişkek), 22-də isə Bolqarıstan təmsilçisi “Lokomotiv” (Gorna) olacaq.

Komanda Türkiyədən yanvarın 23-də dönəcək. Bundan sonra iki gün istirahət edəcək “qartallar” ardından Premyer Liqanın AZAL-la oyununa hazırlığa start verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43