Ölkə futbolu

“Zirə” daha bir legionerlə müqavilə imzaladı

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” daha bir legionerlə müqavilə imzalayıb.

Söhbət bir müddətdi baxışda olan kamerunlu Josep Boumdan gedir. Üç yoxlama oyununda baxışdan keçən mərkəz müdaiəçisinin durumu məşqçilər korpusunu razı salıb. 27 yaşlı oyunçu ilə 1 illik rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Josep Boum karyerası ərzində Türkiyənin “Mersin İdman Yurdu”, “Antalyaspor”, “Osmanlıspor” və “Qaziantep BB” kimi klublarında forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43