Ölkə futbolu

“Zirə” – “Differdanj” oyunu canlı yayımda

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Differdanj” oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşma “CBC Sport” kanalında birbaşa nümayiş etdiriləcək.

Bu barədə kanalın rəsmi feysbuk səhifəsi xəbər yayıb.

Qeyd edək ki, iyunun 29-da “Dalğa Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43