05 Fevral 2025
Kateqoriyasız

“Zirə” iki itki ilə davam edir

“Zirə”nin Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, toplanışın 11-ci günündə komamda səhər məşqində daha çox topla çalışıb. Dünən futbolçular oyuna çıxdığı üçün baş məşqçi Adil Şükürov əsasən bərpa prosesinə üstünlük verib. Səhhətində problem olan Təmkin Xəlilzadə və “Optik”lə oyunda dizindən zədələnən Dieqo de Souza məşqdə iştirak etməyib. Axşam məşqində isə “qartallar” taktiki-texniki hazırlıq üzərində işləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43