22 Oktyabr 2024
Premyer Liqa

“Zirə” ilk transferini reallaşdırdı

“Zirə” dövrələrarsı fasilədə ilk transferini reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, komandanın müdafiə xəttini gücləndirmək məqsədi ilə Sadiq Quliyevlə müqavilə imzalanıb. Anlaşmaya əsasən, S.Quliyev cari mövsümün sonuna qədər “Zirə”nin formasını geyəcək.

Sadiq Quliyev ötən mövsüm də “Zirə”nin heyətində çıxış edib. Daha sonra müqavilə ilə məxsus olduğu “Qəbələ”yə dönən gənc müdafiəçi bu dəfə azad agent kimi “qartallar”ın sıralarına qoşulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43