İdman

“Zirə” Polşa və Rusiya klubları ilə gücünü yoxlayacaq

“Zirə”nin Antalyadakı qış təlim-məşq toplanışında yoxlama matçında qarşılaşacağı rəqiblərdən ikisinin kimliyinə aydınlıq gəlib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda yanvarın 27-də Polşa Ekstraklasa təmsilçisi “Krakoviya”, 30-da isə Rusiyanın 1-ci divizion təmsilçisi “Avanqard” klubları ilə qarşılaşacaq. 
Daha bir yoxlama matçı isə fevralın 2-də keçiriləcək. Bu oyun haqqında isə qarşıdakı günlərdə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43