“Zirə” növbəti transferini reallaşdırmağa yaxındı.
Klubun mətbuat xidmətindən İdmanxeber.com-a verilən məlumata görə, “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “Rudar”ın futbolçusu ilə razılıq əldə olnub.
Monteneqrolu yarımmüdafiəçi İqor İvanoviç bu gün tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, 2011-ci ildə “Rudar”a transfer olunan 24 yaşlı futbolçu bir müddət “OFK Belqrad”da çıxış edib. 2014-cü ildə yenidən “Rudar”a qayıdan İvanoviç ötən mövsüm 26 oyuna 13 qol vurub.