Türkiyənin Antalya şəhərində məşqlərini davam etdirən “Zirə” artıq ilk mərhələni başa vurmaq üzrədir.
İdmanxeber.com-un məlumatına görə, bir həftənin tamamından etibarən baş məşqçi Adil Şükürov yoxlama oyunlarında komandanın gücünü sınayacaq. “Qartallar” ilk oyununu sabah keçirəcək. Əvvəlcə bu tarixdə “Traktor Sazi” ilə müqavilə imzalansa da, Təbriz klubunun Antalya toplanışından imtina etməsi üzündən dəyişiklik edilib. Belə ki, “Zirə” sabah Qazaxıstanın “Ordabasi” klubu ilə üz-üzə gələcək. Bələkdə “Kaya” otelinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 17:00-da başlayacaq. Həmçinin, komandamızın yanvarın 19-da qarşılaşacağı rəqibin də adı məlum olub. Belə ki, “Qartallar” Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə görüşəcək. Həmin oyun Sidedə baş tutacaq və saat 17:00-da başlayacaq. Yanvarın 22-də isə “Zirə” Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək.