Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki oyun keçiriləcək.
İlk öncə Lənkəranda "Xəzər Lənkəran" debütant "Zirə" ilə münasibətlərə aydınlıq gətirməyə çalışacaq.
Tura "Bayıl Arena"da baş tutacaq "Rəvan" – "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.
21 fevral
Azərbaycan Premyer Liqası, 22-ci tur
14:00. “Xəzər Lənkəran” – “Zirə” 0:2
Qollar: Krneta, 17, Bonilla, 74
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Vüqar Bayramov, Elvin Əsgərov
“Xəzər Lənkəran” mərkəzi stadionu.
16:30. “Rəvan” – “Qəbələ” 0:1
Qol: A.Daşdəmirov, 80
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Munis Abdullayev, Xəlil Xəlilov
“Bayıl Arena”.