Premyer Liqa

Zirədə 4 qol, 3 yubiley

Azərbaycan  Premyer Liqasının XVIII turunun “Zirə” – “Qəbələ” oyunu meydan sahibləri üçün 3 müxtəlif yubileylə əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə, 2:2 hesabı ilə başa çatan qarşılaşmada vurulan qollardan ikisi meydan sahiblər üçün tarixi önəm kəsb edib. Riçard Qadzenin 90+4-cü dəqiqədə vurduğu matçdakı sonuncu qol “Zirə”nin doğma meydanda rəqib qapısından keçirdiyi 40-cı top olub. Bakılılar bu qolları 28 görüşdə vurub. “Qəbələ”nin futbolçusu Daniel Subotiçin hesabı açması isə meydan sahibləri üçün ikiqat uğursuzluqla əlamətdar olub. Bu, “Zirə”nin 54 çempionat matçında buraxdığı 50-ci, 28 ev oyununda qapısında gördüyü 25-ci top olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43