“Zirə” Topaz Premyer Liqanın 14-cü turunda “Səbail”lə keçiriləcək oyuna ciddi itki ilə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, komandanın aparıcı oyunçularından olan Təmkin Xəlilzadə cəzalı durumuna düşdüyündən bu görüşü buraxacaq.
Yarımmüdafiəçi dünən “Qarabağ”la oyununda cəzalanaraq sarı vərəqə limitini doldurdub.
Qeyd edək ki, “Səbail” – “Zirə” oyunu dekabrın 3-də keçiriləcək.