05 Fevral 2025
Ölkə futbolu

“Zirə”də hərəkətli günlər: Yerlini saxladılar, legioneri göndərdilər

"Zirə" daha bir futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.com-a daxil olan özəl məlumata görə, "qartallar" Makiel Eduardo ilə yolları ayırıb.

Yayda "Zirə"yə qoşulan və 6 aylıq müqavilə imzalayan Edu ilə sözləşmə uzadılmayıb.

Komandanın baş məşqçisi Adil Şükürov Edudan fərqli Nurlan Novruzovun komandada saxlanılmasını istəyib. "Bakı" ilə razılıq əldə olunub və o, daha 6 ay icarə əsasında "Zirə"də çıxış edəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43