İdman

“Zirə”də itkilər davam edir

Azərbaycan Premyer Liqanın 26-cı turunda “Səbail”in qonağı olacaq “Zirə” oyuna itkilərlə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, 4 futbolçu qarşıdakı görüşü kənardan izləməli olacaq. Adil Nağıyev cəza, Sadio Tounkara, Aleksandr Şemonayev və Yovan Krneta isə zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, mayın 5-də keçiriləcək “Səbail” – “Zirə” matçının start fiti saat 17:00-da çalınacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43