Ölkə futbolu

“Zirə”dən 25-ci qələbə

Azərbaycan Premyer Liqasının XXI turunun “Neftçi” – “Zirə” qarşılaşması qonaqlar üçün yubileylə əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə, 2:1 hesabı ilə əzmkar qələbə qazanan Ayxan Abbasovun yetirmələri Azərbaycan çempionatının yüksək dəstəsində 25-ci qələbəsini bayram edib. Premyer Liqada ötən mövsüm debüt edən zirəlilər 17 dəfə qalib gəlmişdisə, cari çempionatda daha 8 dəfə sevinib. “Bakcell Arena”da qazanılan 25-ci uğuru 57-ci oyununda əldə edən qəsəbə təmsilçisi 16 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Bu müddətdə zirəlilər 62 top vurub və 53-nü buraxıb.

Qeyd edək ki, “Zirə” ölkə çempionatlarında 25 və daha çox qələbə qazanan 32-ci komanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43