“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Murad Səttarlı paytaxt təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb.
Gənc yarımmüdafiəçi ötən mövsüm AZAL-ın formasını geyinib. Buna qədər isə o, “Qarabağ” və “Simurq”da çıxış edib. Murad Səttarlı milli komandamızın da üzvüdür.