05 Fevral 2025
Kateqoriyasız

“Zirə”dən örnək addım

20 Yanvar faciəsinin 26-cı il dönümü münasibətilə “Zirə” futbol klubu alqışlanası addım atıb.

İdmanxeber.com-un məlumatına görə, Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə qarşılaşmadan öncə TPL-in debütantı 20 Yanvar faciəsi ilə bağlı kampaniya keçirib.

Belə ki, üzərində 1990-cı il yanvarın 19-dan  20-nə keçən gecə baş verənlərin təsvir olunduğu foto-şəkillər və faciə haqqında yazılı məlumatlar üç dildə hazırlanaraq, həm Almaniya təmsilçisinə, həm də “Zirə”nin futbolçularına təqdim edilib.  Bundan başqa, “Zirə”nin futbolçuları meydana qara sarğı ilə çıxıblar  və oyundan öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Oyuna gəlincə, almanlar 1:0 hesablı qələbə qazanıblar.

“Zirə” toplanış çərçivəsində son oyununu yanvarın 22-də Rumıniyanın “Tırqu-Mureş” klubuna qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43