“Zirə”nin hücumçusu Nelson Bonilla Salvador yığmasına dəvət olunub.
İdmanxeber.com-un “Azərtac”a istinadən yaydığı xəbərə görə, Salvador yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində Meksika millisi ilə qarşılaşacaq. “Zirə”nin forvardı Salvador yığması ilə oyunun hazırlığını davam etdirir.
Qeyd edək ki, Meksika – Salvador oyunu noyabrın 14-də Mexikodakı 105 min azarkeş tutumuna malik “Azteka” stadionunda keçiriləcək.